Cəmiyyət

Ukraynada artilleriya zərbələri azərbaycanlıların evlərinə düşdü – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. 
O bildirib ki, ötən gecə Donetsk vilayətinin Kramatorsk, Slavyansk, Çasavoy Yar şəhərləri Rusiya ordusunun hava hücumuna məruz qalıb.

Həmçinin qeyd edilib ki, Donetsklə yanaşı, Xerson, Zaporojye, Dnepropetrovsk və Odessa vilayətlərinə də hücum olub.

“Ukrayna müharibəsində yaya doğru vəziyyət daha da gərginləşir. Ukrayna rəhbərliyinin açıqlamasına görə, yaz aylarında Rusiya tərəfindən ciddi hücumlar gözlənilir. Lakin Ukraynanın da bu hücumlara hazırlaşdığı və əks-hücum əməliyyatı planlaşdırdığı deyilir”, – jurnalist əlavə edib.

O da bildirilib ki, son on gündə Donetsk vilayətində Çasavoy Yar, Konstantinovka və Toretsk şəhərlərində dörd azərbaycanlının evi artilleriya zərbələri nəticəsində dağılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir