Dünya

“Pagani” ən güclü mühərrikə malik hiperkarını təqdim edib – FOTO

Sharing is caring!


“Pagani Automobili” şirkəti tarixində ən güclü – 900 at qüvvəsinə malik olan üstüaçıq “Huayra R Evo” hiperkarını təqdim edib.

Qeyd olunub ki, avtomobil eksklüziv “Arte in Pista” proqramının bir hissəsi olacaq, burada müştərilər mühəndislər və məlumat analitiklərinin dəstəyi ilə avtomobili dünyanın ən yaxşı yarış treklərində sınaqdan keçirə biləcəklər.

Yeni məhsulun sürət xarakteristikası barədə məlumat verilmir, lakin “Pagani Automobili” iddia edir ki, “Huayra R Evo” idman yarışlarında iştirak edən “Le Mans Prototype” (Dünya Dözümlülük Çempionatında (WEC) LMP2 sinfi) səviyyəsində sürət yığa bilir.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir