Dünya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Sharing is caring!


Ukraynada əsirlikdə olan yüz rusiyalı hərbçi geri qaytarılıb və bunun müqabilində eyni sayda hərbi əsir Kiyevə təhvil verilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları əsir mübadiləsində humanitar vasitəçilik yardımı göstəriblər.

Nazirlikdən vurğulanıb ki, azad edilən bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyadan keçmək üçün Moskvaya aparılacaqlar. Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstəriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir