Dünya

Prezident seçkisi üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı açıqlanıb

Sharing is caring!


Azərbaycanda növbədənkənar prezidenti seçkisi üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Azərbaycanın hər iki ölkənin paytaxtı – Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb.

Seçicilər sabah – fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər.

Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir