Cəmiyyət

Yusif Eyvazov: “Balet sənəti üçün çox ağır itkidir”

Sharing is caring!


“Balet sənəti üçün çox ağır itkidir”. 

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti, tanınmış baletmeyster Rəfiqə Axundova ilə vida mərasimində opera ifaçısı, Xalq artisti Yusif Eyvazov jurnalistlərə açıqlamasında deyib. 

Sənət yoldaşı qeyd edib ki, mərhum baletmeysterin baletləri son illər teatrda səhnələşdirilmirdi: 

“Əfsuslar olsun ki, son illər bizim teatrımızda naməlum səbəblərə görə, Rəfiqə xanımın baletləri səhnələşdirilmirdi. Biz rəhbərliyə bildirdik ki, bərpa olunsun. May ayında Rəfiqə xanımın baletləri teatr səhnəsinə qayıdacaqdı. Təəssüf ki, onu görmədi. Bu prosesdə özü iştirak edə bilməyəcək. Hər kəs adından Rəfiqə xanımdan üzr istəyirəm. Ümid edirəm ki, gələcəkdə belə hallara yol verilməyəcək”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir