Dünya

ÜST indi də xərçəng xəstəliyi barədə həyəcan təbili çaldı: İldə 35 milyon…

Sharing is caring!


Ümumdünya Səhiyyə Təşkilatı 2050-ci ilə qədər xərçəng xəstəliyinin hər il 35 milyona çatacağını proqnozlaşdırır.

Bu barədə ÜST-ün Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin (IARC) hesablamalarından məlum olub.

Bildirilir ki, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Eyni zamanda, diaqnozdan 5 il sonra sağ qalanların sayı 53,5 milyon nəfər olub.

Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur.

Xəstəliyin artmasında əsas amil kimi tütün məhsulları, alkoqol, piylənmə və havanın çirklənməsi göstərilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir