Cəmiyyət

Əmmamə altından yayılan “ağ zəhər” – VİDEO

Sharing is caring!

Mütəmadi olaraq sosial mediada və mətbuatda cənub qonşumuzdan ölkəmizə kilolarla narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi haqqında xəbərlər yer alır. Təbii olaraq molla rejimi sərt fətvalarla bu cür xəbərləri təkzib etməyə çalışsa da, “ağ zəhər”in küləyi ölkəmizin cənub sərhədindən keçməyi bacarır.

İran rejiminin din pərdəsi altında müxtəlif ölkələrdən aldığı narkotik maddələri “ən yaxınları”na satışı isə davam edir. Belə olduqda ilk yada düşən məhz Arazın şimalı olur.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, cənub sərhədlərimizi pozmaqla qeyri-qanuni şəkildə Azərbaycana ötürülən narkotik maddələr illərdir vətəndaşlarımızı zəhərləməyə davam edir. 

Politoloq Anar Əliyev isə bildirir ki, İran narkotik vasitələrin ticarətini özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edib.

Son aylarda isə narkotik maddə ticarətinə görə saxlanılan “ağ zəhər”i sosial şəbəkələr vasitəsilə cənub qonşularımızın sifarişi ilə və ya hansısa məchul iranlı Əli adlı şəxsdən əldə edərək ölkədə yaydıqlarını bildirirlər. Eyni zamanda, son dövrlər keçirilən əməliyyatlar zamanı qaçaq yollarla ölkəmizə keçməklə narkotik maddələrin satışını və paylanmasını həyata keçirənlər də saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir