Dünya

Tailandda fişəng fabrikində partlayış baş verib, ölənlər və yaralananlar var

Sharing is caring!


Tailandın mərkəzindəki fişəng fabrikində güclü partlayış baş verib.

Məlumata görə, hadisə zamanı azı 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Ölkənin Fəlakətlərin Qarşısının Alınması və Zərərlərinin Azaldılması Departamenti hələ neçə nəfərin xəsarət aldığını dəqiqləşdirməyib.

Ölkənin Baş naziri Setti Txavisina partlayış zamanı fabrikdə təxminən 20-30 adamın olduğunu və onlardan heç birinin hələ tapılmadığını söyləyib.

Partlayışın səbəbləri araşdırılır.

Mənbə: interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir