Ölkə

Sabaha gözlənilən hava

Sharing is caring!

Martın 29-da  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə  zəif duman, çiskinli olacaq. 

Cənub-qərb küləyi  gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 11-15 dərəcə isti olacaq. Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 13-15 dərəcə  isti olacaq. 

Atmosfer təzyiqi normdan yüksək 772 mm civə sütunu təşkil edəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.  Şərq küləyi  əsəcək. Havanın temperaturu gecə  2-6 dərəcə  isti, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta,   yüksək dağlıq ərazilərdə  5-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, martın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir