Dünya

Fatih Terim “Fənər”in futbolçusunu yeni komadasına transfer etdi

Sharing is caring!


Yunanıstanın “Panatinaikos” klubu “Fənərbağça”nın müdafiəçisi Samet Akaydını satın alma imkanı ilə mövsümün sonuna qədər icarəyə götürüb.

“Panatinaikos” “Fənərbağça”nın futbolçusu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısında “Adana Dəmirspor”dan 3,7 milyon avro qarşılığında “Fənərbağça”ya transfer olunan Samet Akaydın bu mövsüm “Fənərbağça”nın heyətində 11 rəsmi matçda iştirak edib və meydanda olduğu 613 dəqiqə ərzində beş sarı vərəqə alıb.

Samet Akaydın türkiyəli baş məşqçi Fatih Terimin rəhbərliyindəki “Panatinaikos”un Dimitris Limniosdan sonra ikinci qış transferi olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir