Cəmiyyət

Xırdalanda ev yanıb – VİDEO

Sharing is caring!


Abşeron rayonunda yaşayış binasında yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində binanın beşinci mərtəbəsindəki mənzildə qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 55 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında quraşdırılan bir ədəd kombi aparatı, bir ədəd kondisioner mühərriki, bir ədəd elektrik sobası və bir ədəd qaz sayğacı yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir