İdman

Məşhur klublar türkiyəli ulduza görə “Yuventus”a elçi düşdülər

Sharing is caring!


Baş məşqçi Maks Alleqrinin rəhbərliyi altında “Yuventus”da getdikcə daha çox meydana çıxmağa başlayan Kenan Yıldız “Borussiya” və “Liverpul”un diqqətini çəkib.

İtaliya komandasının maliyyə problemlərinə görə bəzi futbolçularını sata biləcəyi ilə bağlı xəbərlər yayılıb və həmçinin Kenan Yıldızın da adı hallanıb.

Təkliflər “Yuventus” tərəfindən rədd edilib.

İddialara görə, “Yuventus” futbolçunu 40 milyon avrodan aşağı satmayacaq. Ancaq verilən digər məlumata əsasən, “Yuventus” nə qədər çətin vəziyyətdə olsa da, Kenan Yıldızı satmayacaq. Bu səbəbdən hazırda “Liverpul”un bu transferi həyata keçirməsi gözlənilmir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir