Dünya

Türkiyə ordusu 10 PKK terrorçusunu zərərsizləşdirdi – VİDEO

Sharing is caring!


İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. Hava əməliyyatları zamanı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir