Dünya

Ukrayna Britaniya ilə sazişə görə hansı ölkəylə savaşa qatıla bilər?

Sharing is caring!


Ukrayna hakimiyyəti Böyük Britaniya ilə yeni razılaşmaya görə digər ölkələrlə hərbi münaqişəyə girə bilər.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

“Ukrayna Argentina ilə müharibə edəcəkmi?”, – deyə nəşrin müəllifləri sual veriblər.

Materialda qeyd olunub ki, Ukrayna ilə Britaniya arasında bağlanmış sazişin yeddinci bəndinə əsasən Londona qarşı xarici hərbi təcavüz halında Kiyevin effektiv hərbi yardım göstərmək öhdəliyi var.

Nəşrin siyasi analitikləri Böyük Britaniya və Argentina arasında Folklend adalarının (Malvin adalarının) mülkiyyəti ilə bağlı münaqişənin yaranacağını istisna etməyiblər. Onlar qeyd ediblər ki, Londonun Britaniyanın maraqlarına görə Ukrayna Silahlı Qüvvələrindən münaqişələrdə istifadə etmək istəyi ola bilər.

Jurnalistlər razılaşmanın yeddinci bəndinin təsadüfi olmadığını vurğulayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir