İdman

“Tottenhem”dən qələbə, “Nyukasl” autsayderə uduzdu – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Turnirin iddialı kollektivlərindən olan “Tottenhem” doğma meydanda “Everton”dan üstün olub – 2:1. Bu qələbə sayəsində xallarını 36-ya çatdıran klub turnir cədvəlində bir oyun az keçirən “Mançester Siti”ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. “Everton” isə 16 xalla 16-cı yerdə qalıb.

“Nyukasl” səfərdə gözlənilmədən autsayder “Luton Taun”a uduzub -1:0. Matçın taleyini həll edən qola 25-ci dəqiqədə Taunsend imza atıb. Hazırda 29 xala malik qonaqlar turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar. “Luton Taun” isə qələbəyə baxmayaraq 12 xalla təhlükəli 18-ci yerdən uzaqlaşa bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir