İdman

Premyer Liqa: “Sumqayıt” avtoqol sayəsində üçüncü pilləyə yüksəldi – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci görüşü Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib.

Qarşılaşmanın taleyini avtoqol həll edib. “Səbail”in oyunçusu Adi Mehremiçin 70-ci dəqiqədə öz qapılarından keçirdiyi top “Sumqayıt”a 1:0 hesablı qələbə qazandırıb. Bu qalibiyyət sayəsində xallarının sayını 27-yə çatdıran Samir Abasovun yetirmələri 3-cü pilləyə yüksəliblər. Hesabında 26 xal olan Şahin Diniyevin kollektivi isə 4-cü yerə düşüb.

Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək “Turan Tovuz” – “Araz-Naxçıvan” (81-ci dəqiqədən), “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir