Dünya

Daşkənd-Almatı reysi ilə uçan təyyarədə sərnişinlər xəsarət aldılar

Sharing is caring!

Qazaxıstanın “Air Astana” aviaşirkətinin Daşkənd-Almatı reysi ilə uçan təyyarəsi güclü turbulentlik zonasına düşüb.

Bu səbəbdən yeddi sərnişin müxtəlif yanıq və bədən xəsarətləri alıb. Onlara təyyarədə ilkin tibbi yardım göstərilib.

Ekipaj hadisə barədə hava limanının yerüstü xidmətlərinə məlumat verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Vesti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir