Dünya

Zaxarova Latviyadakı “Moskva evi”nin müsadirəsinə son dərəcə ağrılı cavab vəd etdi

Sharing is caring!


“Rusiya Riqadakı “Moskva Evi”nin müsadirəsini dövlət miqyasında basqın, qarət və oğurluq kimi təsnif edir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiyanın cavab addımları Latviya üçün çox ağrılı olacaq.

Qeyd edək ki, Riqada yerləşən “Moskva evi” mədəniyyət və biznes mərkəzinin binası Latviya dövlətinin mülkiyyətinə keçib. Müvafiq qanun layihəsi Seym tərəfindən təsdiq edilib. O da qeyd edilib ki, Moskva şəhərinin əmlak departamentinə məxsus bina Latviya Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir