: ABŞ “demokratlarının” Donald Trampa qarşı qaldırdığı İmpiçment nümayəndələr palatası tərəfindən qəbul olundu.Bu hadisə ABŞ-da 3 cü dəfə təkrar olunur.Trampdan öncə Cekson və Klintona qarşı da impinçment tətbiq olunmuşdu.Lakin hər iki halda senat impinçmenti rədd etmişdir.Hazırda demokratlar iki əsas səbəb gətirərək Trampı vəzifəsindən uzaqlaşdırmağa çalışırlar.Bunlar ABŞ-ın Ukraynaya yardımı dayandırması və 2020 -ci il preizdent seçkilərində Trampa ciddi rəqib olacaq Co Baydenə qarşı təzyiqlərdir.Təbii ki, bunlar prosesin hüquqi tərəfləridir.Əslində isə Trampa qarşı daha böyük və ciddi ittihmlar var.Trampın hakimiyyətə gəlişindən sonra Orta Doğuda qərbin çox ciddi problemləri yaranmağa başlanıb.Təkcə hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çox olan ABŞ bir çox məqamlarda Rusiya ilə hesablaşmağa məcbur olub.Demokratlar Rusiya qarşı loyal münasibət sərgilədiyinə görə ona daha çox qızğındırlar.Həmçini NATO üzvü olan və bu qurumun ən güclü quru qoşunlarına malik olan Türkiyə ilə münasibətlər getdikcə pisləşir.Regionda Türkiyə kimi hərbi potensialı və döyüşkən heyyəti olan bir ordunu itirməsi NATO-nun zəifləməsinə gətirib çıxara bilər.Respublikaçılar qərara təcili olaraq yanvar ayının ilk 10 günlüyündə baxılmasına çalışacaqlar ki, növbəti dəfə impinçmenti rədd etsinlər.Lakin demokratlar israrlı görünürlər.Senatda qərarın qəbul olunması üçün səslərin üçdə ikisinə ehtiyac var.Respublikaçıların üstünlük təşkil etdiyi senatda belə qərarın verilməsi mümkün görünməsə də demokratiyanın beşiyində hər şey mümkündür.
Oxşar Xəbərlər
“Yandex”in Azərbaycana qarşı təxribatı və yaxud ermənisayağı süni intellekt – FOTO
“Runet”də bu dəfə YaGPT neyroşəbəkəsindən istifadə etməklə (“Yandex” tərəfindən “Alisa” virtual köməkçisinə inteqrasiya olunub) Azərbaycana qarşı növbəti təxribat aşkar olunub. Bu barədə Media.Az məlumat verib. YaGPT ilkin olaraq internet məlumatlarından istifadə etməklə mətnlər yarada bilən “şəbəkə” kimi təqdim edilib. Süni intellektin davamlı inkişafı dövründə məktəblilərə və ya yeni başlayan kopirayterlərə esse və reklam mətnlərinin yazılmasında […]
Karina Eritsyan: “Azərbaycana reinteqrasiya Qarabağ ermənilərinin təhlükəsizliyinin yeganə yoludur”
Qarabağın erməni sakinlərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin olunmasının yeganə yoludur. Bu barədə “Trend”ə Qarabağ Erməniləri Hərəkatının üzvü Karina Eritsyan deyib. “Hələ də “müstəqillik” arzusunda olanlar başa düşməlidirlər ki, vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan və Ermənistan sülh sazişi imzalamaq barədə danışıqlar aparır. Bu kontekstdə Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyası onların təhlükəsizliyinin təmin […]
Türkiyədə COVID xəstələrinin sayı mənfi 4716 oldu – FOTO
Türkiyədə koronavirusla mübarizədə əldə edilən nailiyyət insanlarda təbəssüm yaradıb. Belə ki, açıqlanan son məlumatlar təəccübə səbəb olub. Bu günə qədər xəstələnmiş, həyatını itirən və sağalmış şəxslərin sayını göstərən cədvəldə aktiv xəstələrin sayı “mənfi 4716” olaraq göstərilib. Səhiyyə naziri Fəxrəddin Qoca sistemdə xəta baş verdiyini açıqlayıb. Bir müddət sonra yanlışlıq aradan qaldırılıb və rəqəmin qarşısındakı mənfi […]