Dünya

Separatçı ermənilər Ukraynada təslim oldular – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə paytaxt Kiyevdə sakitlik olsa da, Ukraynanın qərb, mərkəzi və cənub vilayətlərində yenidən hava hücumları qeydə alınıb:

“Gecə səhərə kimi Ukraynanın mərkəzi və cənub vilayətlərində hava həyəcan siqnalları səngimək bilməyib. Bu bölgədə yaşayan insanların sığınacaqlarda gecələdikləri bildirilib. Donetsk, Zaporojye, Xerson və Xarkov vilayətlərində vəziyyət gərgin olaraq davam edir. Donetsk və Zaporojyedə Rusiya Ordusunun bir qədər irəlilədiyi qeyd olunub”.

O da bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Komandanlığnın yaydığı məlumata görə, 10 Rusiya Ordusuna məxsus hərbçi əsir düşüb:

“Onların özlərinin təslim olduğu qeyd olunub. Hərbçilər arasında milliyətcə erməni olan də var. Aleksandr Baqdasaryan adlı şəxsin vaxtilə Azərbaycan ərazisində separatçılarla birlikdə ölkəmizin suverenliyinə qarşı döyüşdüyü də bildirilib”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir