Dünya

Əsas vaxtdan sonra vurulan qol və qırmızı vərəqə: “İnter” qonağını məğlub etdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 19-cu turunda “İnter” doğma meydanda “Verona” ilə qarşılaşıb.

Hesabı oyunun 13-cü dəqiqəsində Lautaro Martines açıb. İkinci yarının 74-cü dəqiqəsində “Verona” Toma Anrinin qolu ilə hesabı bərabərləşdirib.

Matçın son dəqiqələrində böyük qarşıdurma yaşanıb. Davide Frattesi 90+3-cü dəqiqədə “İnter”i önə keçirən qolu vurub. İki dəqiqə sonra isə “Verona”nın oyunçusu Darko Lazoviçə qırmızı vərəqə göstərilib. Hakim VAR-ı izlədikdən sonra “Verona”nın xeyrinə penalti təyin edib. Ancaq bərabərlik qolunun müəllifi penalti zərbəsini yerinə yetirə bilməyib.

Beləliklə, 2:1 hesabı ilə qalib gələn “İnter” xalını 48-ə yüksəldərək turnir cədvəlində liderliyini qoruyub. “Verona” isə 14 xalla 17-ci pillədə qərarlaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir