Dünya

Paşinyan daha bir qubernatoru istefaya göndərdi

Sharing is caring!


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Armavir mərzinin qubernatoru Eduard Ovannisyanı vəzifəsindən azad edib.

Bu barədə hökumət başçısı müvafiq sərəncam imzalayıb.

“Azadlıq Radiosu”nun Ermənistan bürosunun məlumatına görə, bu qərardan öncə Paşinyan sözügedən regionun Üçkilsə şəhərinə səfəri zamanı baxış keçirdiyi ibtidai məktəbdə bir sıra nöqsanlar aşkarlayıb.

Qeyd edək ki, E. Ohannisyan 2021-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, srağagün Ermənistan liderinin ölkəsinin Loru mərzinə səfərindən sonra şəhərsalma komitəsinin sədri Armen Qularyan və qubernator Aram Xaçatryan vəzifəsindən uzaqlaşdırılıb. Orada da o məktəb, gimnaziya və tibbi mərkəzləri ziyarət edərək çatışmazlıqlara işarə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir