Dünya

Yaponiyada 80 yaşlı kişi zəlzələdən üç gün sonra dağıntılar altından sağ çıxarıldı

Sharing is caring!


Güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə çalışan yapon xilasediciləri dağıntılar altından 80 yaşlı yerli sakini sağ çıxara biliblər.

Təbii fəlakətdən dəyən zərərin böyük hissəsini öz üzərinə götürən İşikava prefekturası polisinin məlumatına görə, xilasedicilər yanvarın 2-dən bəri ilk dəfədir ki, dağıntılar altından canlı insan çıxarıblar.

Polis etiraf edir ki, vaxt keçdikcə sağ qalanları tapmaq şansı sürətlə azalır.

Son məlumatlara görə, Yaponiyada Yeni ilin ilk günü başlayan silsilə zəlzələlər nəticəsində ən azı 73 nəfər həlak olub, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir