Siyasət

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

Sharing is caring!

Albaniya Prezidenti Bayram Beqay Şəkidə Kiş kilsəsində olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov “X” sosial şəbəkədəki hesabında xəbər verib.

“Prezident Bayram Beqay I əsrdə Apostol Yelisey tərəfindən əsası qoyulmuş ilk alban məbədi – Kiş kilsəsində olub. Azərbaycan da bu kilsəni öz tarixi və dini irsinin bir hissəsi kimi bərpa edib və qoruyur”, – deyə diplomat vurğulayıb.

Paylaşılan kadrlardan aydın olur ki, Albaniya prezidenti, həmçinin, Şəki Xan sarayında olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir