Dünya

Mahir Emreli “Dinamo”nun 2024-cü ildəki ilk məşqində iştirak etməyib – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun 2024-cü ildəki ilk məşqinə qatılmayıb.

“Dinamo” klubunun rəsmi “YouTube” kanalında yayımlanan son videoda Zaqreb klubunun bütün aparıcı futbolçularının məşqdə olduğu müşahidə edilsə də, millimizin hücumçusu gözə dəyməyib.

Xatırladaq ki, Xorvatiya mətbuatı artıq bir müddətdir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelini “Dinamo”nun transferə çıxaracağını yazıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Mahir Emrelidir. İddia olunur ki, 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir