Cəmiyyət

Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb.

Bərdə rayon Nazırlı kənd sakini 2001-ci il təvəllüdlü Orxan Göyüş oğlu Göyüşovun idarə etdiyi 99-XZ-915 dövlət qeydiyyat nişanlı VAZ-2115 markalı minik avtomobili ilə rayonun Nazırlı kənd sakini 1993-cü il təvəllüdlü Akşin Saleh oğlu Səfərovun idarəsində olan 10-FP-169 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir