Dünya

Mbappe “Real”a keçməyin bir addımlığında: Özünə Madriddə ev kirayələyib

Sharing is caring!


PSJ-nin hücumçusu Kilian Mbappe artıq Madriddə özünə mənzil kirayələyib.

Mənbə iddia edir ki, bu xəbər futbolçunun “Real Madrid”ə mümkün transferi fonunda təsadüf hesab oluna bilməz.

Bir müddət əvvəl isə 25 yaşlı fransalı futbolçunun “Kral klubu”nun rəhbərliyi ilə və birbaşa prezidenti Florentino Pereslə danışıqlar apardığı barədə məlumat yayılmışdı.

İlkin məlumatlara görə, “Real Madrid” K.Mbappeyə qərarını dəqiqləşdirmək üçün yanvarın 15-dək vaxt verib. Onlar futbolçunu azad agent kimi transfer etməyə ümid edirlər.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatır.

Mənbə: El Chiringuito

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir