Dünya

İranda bu il edam edilənlərin sayı açıqlanıb – FOTO

Sharing is caring!


İranda 2022-ci illə müqayisədə edamların sayı 32%, ölüm hökmlərinin çıxarılması isə 68% artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, bu il ölkədə 155 nəfərə ölüm hökmü verilib, 746 nəfər isə dar ağacından asılıb.

İran İnsan Haqları Təşkilatının (HRANA) statistikasında qeyd edilib ki, edamların altısı insanların gözü önündə həyata keçirilib və məhbuslar arasında yaşı 18-dən az olan və hüquqi terminlə “uşaq cinayətkar” adlanan iki nəfər də var.

Bildirilib ki, edam hökmü icra edilənlərdən və kimliyi bəlli olan şəxslərdən 597-si kişi, 20-si qadın olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir