Dünya

Mbappe Fransa yığmasını tərk edəcək?

Sharing is caring!


“PSJ-nin hücumçusu Kilian Mbappe Fransa yığmasını tərk etməyəcək”.

Bu sözləri jurnalist Xose Villarroya “BlancaRemontada” “Twitch” kanalında danışarkən bildirib.

“Fransa millisinin forvardı “Real Madrid”ə keçməyəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu mövsüm Kilian Mbappe parislilərin heyətində bütün turnirlərdə 22 oyun keçirib və 21 qol vurub və iki məhsuldar ötürmə edib. Eyni zamanda, Kilianın PSJ ilə 2024-cü ilin yayına qədər müqaviləsi var və müqaviləni bir il uzatmaq imkanı var. “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir