Dünya

Şotlandiyada Santa Klausun sürücülük vəsiqəsi tapıldı – FOTO

Sharing is caring!


Şotlandiyanın Edinburq şəhərində Santa Klausun itirdiyi sürücülük vəsiqəsi polis əməkdaşlarını güldürüb.

Qəribə tapıntı barədə hüquq-mühafizə orqanlarının əməkdaşları “X” sosial şəbəkəsindəki rəsmi hesablarında paylaşım ediblər.

Polis əməkdaşları Santa Klaus istirahət üçün Şimal qütbünə qayıtmazdan əvvəl sənədlərini ona geri qaytarmaqda köməklik göstərmək çağırışı ilə müraciət paylaşıblar.

Zarafat üçün hazırlanmış sürücülük vəsiqəsinin üzərində başında bayram papağı olan uzunsaqqallı kişinin şəkli əks olunub. Vəsiqədə onun oyuncaq və hədiyyələri çatdırmaq hüququnun olduğu, lakin bu hədiyyələrin il boyu nəzakətli davranan qızlar və oğlanlar üçün nəzərdə tutulduğu qeyd olunub.

Santa Klausun sürücülük vəsiqəsi 2050-ci ilə qədər etibarlıdır, daha sonra isə məlumatları yeniləmək və onun etibarlılığını təsdiqləmək lazımdır. Yeri gəlmişkən, sənəddə Santa Klausun dəqiq ünvanı da göstərilib: Şimal qütbü, “Santa’s Grotto”.

“Bu vəsiqə sizin rayonda tapılıb və Şotlandiya polisinə təhvil verilib. Əgər sahibini görən varsa, bizimlə əlaqə saxlasın!” – deyə hüquq-mühafizə orqanının əməkdaşları yazıblar.

Onların fotoşəkilləri paylaşdıqları elan tez bir zamanda sosial şəbəkələrdə yayılıb. Paylaşımın baxış sayı bir milyonu ötüb.

“Saxta sənədli Santa Klaus, ha-ha”, “Buna bax, indi o, avtomobili vəsiqəsiz idarə edir”, “Deyəsən, kimsə vəsiqələri saxtalaşdırır”, “Papağını çıxara bilərdin”, – deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir