Dünya

Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb

Sharing is caring!


Çin arxeoloqları ölkənin mərkəzində Anyanq şəhərində (Henan əyaləti) Şan sülaləsi (e.ə. XVI-XI əsrlər) dövrünə aid yüksəkrütbəli aristokratların ailə üzvlərinə aid 28 məzar, habelə qulluqçu və heyvan məzarları aşkar ediblər.

Bu barədə Sinxua agentliyi Anyanq Mədəni Reliktlər və Arxeologiya İnstitutunun vitse-prezidenti Tsui Tsunqlyana istinadən məlumat yayıb.

“İlk dəfədir ki, qədim İn şəhəri xarabalıqları xaricində belə qəbirlər tapılır, – deyə Tsui Tsunqlyan bildirib. – Bu kəşf Şan sülaləsinin dəfn ənənələrini və o dövrün cəmiyyətin təşkilini öyrənmək üçün yeni məlumatlar verir”.

Şan indiki Çin Xalq Respublikasının ərazisində eramızdan əvvəl 2-ci minillikdə mövcud olmuş bir krallıqdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir