Dünya

Məşhur aktyor narkotik qəbul etməmək üçün əlini ayağına yapışqanla yapışdırıbmış – VİDEO

Sharing is caring!


ABŞ-li aktyor və “Dostlar” serialının ulduzu Metyu Perri narkotik asılılığından qurtulmaq üçün bir dəfə əllərini yapışqanla dizinə yapışdırıb.

Bu barədə aktyorun keçmiş sevgilisi və bir müddət köməkçisi olan Keti Edvards danışıb.

Qadının sözlərinə görə, Perrini bu vəziyyətdə görəndə çox pis olub. Məlum olub ki, aktyor bir gün əvvəl qeyri-qanuni maddələrdən istifadə edib, ayılandan sonra özünü yeni dozadan xilas etmək üçün belə qeyri-adi yola baş vurmaq qərarına gəlib.

“Mən Metyunu divanda əlləri dizlərinə yapışmış vəziyyətdə tapdım – bu, çox kədərli idi. Dırnaq lakı təmizləyicisi və zeytun yağı istifadə etdim”, – deyə Edvards baş verənləri danışıb.

Ulduzun keçmiş sevgilisi Perrinin, hətta narkotiki atmağa çalışarkən və reabilitasiyada olarkən də onlar haqqında düşünməyi dayandırmadığı fikrini bölüşüb. Ketinin fikrincə, vəfat etməzdən bir neçə gün əvvəl aktyor yenidən qeyri-qanuni maddələrin istifadəsinə başlayıb.

Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib. Ekspertiza tərəfindən yarılma hesabatına görə, aktyor ABŞ-də anesteziya vasitəsi, həmçinin depressiyanı müalicə etmək üçün istifadə olunan ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib. Sənəddə aktyorun depressiya və narahatlıq üçün ketamin infuziya terapiyası aldığı bildirilib. Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində boğulma da göstərilib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir