Dünya

Çində zəlzələ nəticəsində ölənlərin sayı artdı

Sharing is caring!


Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 144-ə çatıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yenilənmiş məlumata görə, 113 nəfər Qansu əyalətində, 31 nəfər isə Çinxay əyalətində həlak olub.

Bundan əlavə üç nəfər hələ də itkin düşmüş sayılır.

Xatırladaq ki, dekabrın 19-da Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində Qansuda 207 mindən çox ev dağılıb, 15 minə yaxın binaya ziyan dəyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir