Mədəniyyət

Ağdamda qədim məişət əşyaları tapıldı – FOTO

Sharing is caring!


Ağdam rayonu ərazisində qədim məişət əşyaları tapılıb.

“Report”un xəbərinə görə, əşyalar Ağdam rayonunun Quzanlı qəsəbəsində aşkarlanıb.

Tapılan məişət əşyalarının tunc dövrünə aid olması ehtimal edilir. Tapılan əşyalar beş ədəd mis qab və çoxlu saxsı qırıntılardan ibarətdir.

Qeyd edək ki, maddi mədəniyyət nümunələrini Ağdam şəhərindən keçmiş məcburi köçkün olan və hazırda Quzanlı qəsəbəsində məskunlaşan Lalə Abbasova həyətində təsərrüfat quyusu qazarkən aşkarlayıb. Tapılan nümunələr Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə veriləcək.

Əvvəllər də Ağdam ərazisində sakinlər tərəfindən bu cür qədim məişət əşyalarının tapılmasına dair faktlar var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir