Kriminal

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Sharing is caring!


Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə piyada, Tovuz rayonunun Abulbəyli kənd sakini 1978-ci il təvəllüdlü Almaz Abdullayevanı vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir