Dünya

“Marvel” studiyası “Loki” serialının ulduzunu işdən çıxardı – FOTO

Sharing is caring!


Məşhur aktyor Conatan Meycors məhkəmə tərəfindən keçmiş sevgilisinə təcavüz etməkdə təqsirli bilindiyi üçün “Marvel” studiyası onu işdən çıxarıb.

Bu barədə xarici mətbuatda məlumat yayılıb.

Verilən məlumatına görə, aktyorla keçmiş sevgilisi Qreys Cabbari arasında insident mart ayında baş verib. Dekabrın 18-də məhkəmə münsifləri Meycorsu üçüncü dərəcəli hücum və təqibdə təqsirli bilib. Sənətçinin özü isə günahını etiraf etməyib.

2024-cü il fevralın 6-da aktyora hökm elan ediləcək – onu bir ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Meycors “Qarışqa-adam və Arı: Kvantomaniya” filmində Kanq rolunu oynayıb, həmçinin “Loki” serialının birinci və ikinci mövsümlərində rol alıb. O, həmçinin 2 may 2025-ci ildə buraxılması planlaşdırılan “Qisasçılar: Kanq sülaləsi” filmində də rol alacaqdı.

Mənbə: The Hollywood Reporter

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir