Dünya

Rusiyada uşaq oyuncaqları icarəyə verilir

Sharing is caring!

Rusiyada daha bir yenilik tətbiq olunub.

Regionlarda uşaq oyuncaqlarının icarəsi xidməti işə başlayıb.

Müştərilər bir neçə gün, həftə, hətta aylar üçün istədikləri oyuncağı icarəyə götürə bilərlər.

Yeniliyin müəllifi Rostov vilayətindən olan Olqa adlı bir xanımdır. Onu biznes qurmağa oyuncaq mağazalarındakı bahalaşma vadar edib.

“İlk növbədə, əlbəttə ki, Lego konstruktorlarına tələbat var. Birincisi, istisnasız olaraq bütün uşaqlar onları bəyənir. İkincisi, bu dəstlər həmişə baha olub. Üçüncüsü, bu gün onlar həqiqətən satışdan itib. Bundan əlavə, çoxları stolüstü oyunlar, inkişaf etdirici oyunlar ilə maraqlanır”, – deyə işgüzar xanım bəyan edib.

O, xidmətin bu qədər məşhur olacağını gözləmədiyini də vurğulayıb.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir