Dünya

Cənubi Afrikada minlərlə mədən işçisi ikinci gündür yerin altından çıxmaqdan imtina edir – FOTO

Sharing is caring!


Cənubi Afrikanın şimalında, Ryustenburq şəhəri yaxınlığındakı platin mədənində iki mindən çox mədən işçisi iki gündür tətil elan edib və yerin altından çıxmaqdan imtina edir.

Bu barədə mədənin sahibi olan “Impala Platinum Holdings Limited (Implats)” şirkətinin rəhbərliyi məlumat verib.

“İki çuxurdakı mədənçilər yuxarı qalxmaqdan imtina ediblər. Yerin altında olan işçilərin ümumi sayı 2 205 nəfərdir. Aksiya qeyri-qanunidir, çünki tətil elan edilməsi üçün lazım olan şərtlər yerinə yetirilməyib”, – deyə şirkətin mətbuat üçün verdiyi açıqlamada bildirilib.

Hazırda mədəndə bütün işlər dayandırılıb. Tətildə iştirak etməyən işçi heyət təxliyə olunub. Mədən rəhbərliyi hələlik tətilçilərdən tələb gəlmədiyini deyib.

Qeyd edək ki, 2023-cü ildə Cənubi Afrikada tətillərin yeni forması yayılmağa başlayıb ki, bu zaman mədən işçiləri tələblərinin yerinə yetirilməsi üçün uzun müddət yerin altında qalırlar. Bu tələblər əsasən maaşların artırılması, pulsuz tibbi sığortanın təmin edilməsi və mədən rəhbərlərinin istefasına aid olur. Bu cür aksiyaların təşəbbüskarları Cənubi Afrikanın ən gəlirli mədənlərində möhkəmlənməyə çalışan yeni həmkarlar ittifaqlarıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir