Dünya

Şimali Koreya qorxutmağa başladı: Bütün ABŞ ərazisini tutacaq ballistik raketə görə Yaponiya hökuməti toplandı

Sharing is caring!


Koreya Xalq Demokratik Respublikası (KXDR) bir gündə ikinci ballistik raketini Yapon dənizinə doğru atıb.

Bu barədə dekabrın 18-də Yaponiyanın Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, Yaponiya hökuməti Nazirlər Kabinetində müvafiq nazirlik və idarələrin rəsmilərinin fövqəladə iclasını çağırıb.

Məlumata görə, KXDR tərəfindən buraxılan raket normal trayektoriyada təxminən 15 min km məsafə qət edə bilərdi. Beləliklə, raketin uçuş məsafəsi bütün ABŞ ərazisini əhatə edir.

Qeyd edək ki, əvvəlki raket buraxılışı bir gün öncə baş tutub. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya Pxenyan yaxınlığındakı buraxılış meydançasından qısamənzilli raket buraxıb. Mərmi dənizə düşməzdən əvvəl təxminən 570 km uçub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir