Dünya

Elektron çantaları olan quşlar alimlər üçün kəşfiyyatçılıq etdilər – FOTO

Sharing is caring!


NASA Eyms Araşdırma Mərkəzinin alimləri lələkli köməkçilərin – elektron sensorlar quraşdırılmış xüsusi çantalarla təchiz olunan böyük freqatların (Fregata major) köməyi ilə atmosferin xəritəsini çəkə biliblər.

Tədqiqat Amerika Geofizika Birliyinin (AGU) saytında dərc olunub.

Böyük freqat quşları Sakit, Hind və Atlantik okeanlarının tropik zonalarında adalarda yaşayan böyük quşlardır. Onların qanadları 2,3 metrə çatır. Tipik olaraq, freqatlar 2-4 kilometr yüksəklikdə uzun müddət uçurlar. Bu, onları bir çox hava və iqlim proseslərinin baş verdiyi atmosferin sərhəd qatını öyrənmək üçün uyğun namizəd edib.

Hazırkı atmosfer müşahidə üsulları yer əsaslı ölçmələrə və uzaqdan zondlamaya əsaslanır, lakin hər iki üsulu açıq okeanın geniş ərazisində məlumat toplayarkən tətbiq etmək çətindir.

Məlumata görə, freqatlar onlara tapşırılan vəzifənin öhdəsindən yaxşı gəliblər. Bu çantalı quşların sayəsində Havay adalarının cənubunda, Sakit okeanın Palmira atolu (mərcan adası) ərazisində müxtəlif hava şəraitində və günün fərqli saatlarında atmosfer haqqında məlumat əldə etmək mümkün olub.

Alimlərin fikrincə, lələkli kəşfiyyatçılar sayəsində toplanan məlumatlar hava proqnozunu, iqlim dəyişikliyini yaxşılaşdırmağa və havanın keyfiyyəti ilə bağlı məlumatları dəqiqləşdirməyə kömək edəcək.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir