Dünya

Mütəxəssislər açıqladılar: Daim xəstələnəcəyi qorxusu ilə yaşayan insanlar daha tez ölürlər?

Sharing is caring!


Əsasən “Xəstəlik xəstəliyi” kimi tanınan hipoxondriya diaqnozu qoyulan insanlar digərlərindən daha tez ölürlər.

Bu nəticəyə İsveçdə aparılan araşdırma nəticəsində gəlinib.

“JAMA Psychiatry” jurnalında dərc olunan araşdırmada hipoxondriya diaqnozu qoyulan 4 min 129 nəfər və bu xəstəliyi olmayan 41 min 290 nəfərlə bağlı məlumatlar araşdırılıb. Bu kontekstdə “xəstəlik xəstəsi” olan insanların həm təbii, həm də qeyri-təbii səbəblərdən daha tez dünyasını dəyişdiyi müəyyən edilib.

Araşdırma ilə bağlı açıqlama verən ABŞ-nin Nyu-York şəhərindəki Montefiore Tibb Mərkəzinin həkimi Conatan E.Alpert bir çox insana yüngül hipoxondriya diaqnozu qoyula biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi insanlar ciddi xəstəliyə tutulmamaq üçün davamlı narahatlıq və kədər içində yaşayırlar.

Araşdırmanın baş müəllifi, İsveçdəki Karolinska İnstitutundan olan David Mataiş-Kols araşdırma zamanı minlərlə insanın 24 illik məlumatlarını təhlil etdiklərini qeyd edib. Mataiş-Kolsun sözlərinə görə, əvvəlki araşdırmalar bu xəstəliyə malik insanlarda intihar riskinin daha az ola biləcəyini ortaya qoysa da, bu araşdırmada hipoxondriya diaqnozu təyin edilən insanlarda intihar nisbətinin digər insanlara nisbətən 4 dəfə daha çox olduğu müşahidə edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir