Dünya

“Barbi” filminin rejissoru Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edəcək

Sharing is caring!


“Barbi”nin rejissoru Qreta Qerviq 2024-cü ildə Kann Film Festivalında münsiflər heyətinə rəhbərlik edəcək.

“Mən filmləri sevirəm: onları çəkmək, onlara baxmaq və onlar haqqında danışmaq. Kinosevərlər üçün Kann həmişə universal kino dilinin zirvəsi olub və belə də qalır. Festivalda münsiflər heyətinin sədri olacağım üçün olduqca həyəcanlıyam. Bizi nə gözlədiyini görmək üçün səbirsizlənirəm!” – deyə rejissor bildirib.

Qerviq Kann Film Festivalının münsiflər heyətinə rəhbərlik edən ilk ABŞ-li qadın rejissor olacaq. O, həmçinin 1966-cı ildən bu yana ən gənc sədrdir. Həmin ildə bu postda 31 yaşlı Sofi Loren olub. İndiyə qədər festivala sədrlik edən digər qadınların arasında rejissor Ceyn Kempion və aktrisa Oliviya de Hevillend də var.

Qeyd edək ki, Kann Film Festivalı gələn il mayın 14-dən 25-dək 77-ci dəfə keçiriləcək.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir