Dünya

Avropa ölkələrini Trampla qorxutmağa başladılar: Hakimiyyətə qayıdarsa, nə baş verəcək?

Sharing is caring!


Avropa İttifaqı (Aİ) 100 milyard avroluq ümumi müdafiə fondu yaratmaq məcburiyyətində qalıb, çünki Donald Tramp hakimiyyətə qayıdarsa, Aİ ABŞ-nin dəstəyindən məhrum qala bilər”.

Bu sözləri Avropa İttifaqının daxili bazar komissarı Tyerri Breton deyib.

Breton Avropa zavodlarının gücünün artırılmasında israr edir ki, Ukrayna Silahlı Qüvvələri yaza qədər sursatla təmin edilə bilsin.

Bundan əvvəl isə Ağ Evin keçmiş hüquqşünası Tay Kobb Donald Trampın ölkə tarixində demokratiya üçün ən böyük təhlükə olduğunu bildirib və amerikalıları Trampa “çox ciddi” yanaşmağa çağırıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropa İttifaqının nümayəndələri ilə təkbətək söhbətində ABŞ-nin hücum olacağı təqdirdə Aİ-yə kömək etməyəcəyi barədə xəbərdarlıq edib.

Mənbə: “The European Conservative”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir