Dünya

Nigerdə müvəqqəti keçid hökuməti: “Fransa terror qruplaşmalarını dəstəkləyir”

Sharing is caring!


Nigerin keçid hökumətinin başçısı, Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri Abdurahman Çiani Fransa hakimiyyətini ölkədəki terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib.

O vurğulayıb ki, yanğını benzin tökməklə söndürmək olmaz.

“Terrorun atəşi Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, – deyə Abdurahman Çiani bildirib.

Qeyd edək ki, Nigerin keçid hökuməti Fransanın müstəmləkəçi siyasətinə etiraz edir, Parisi yeni neokolonializm metodlarını tətbiq etməkdə, Niger xalqının sərvətlərini talan etməkdə günahlandırır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir