Dünya

İsveç Ukraynaya 95 milyon avrodan çox hərbi yardım göndərəcək – FOTO

Sharing is caring!

İsveç hökuməti Ukraynaya 95 milyon avrodan çox hərbi yardım paketi göndərəcək. Buraya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və tüfənglər daxil olacaq.

Bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün “Twitter” hesabında məlumat verib.

“İsveç Ukraynaya gəmi əleyhinə raketlər, tank əleyhinə silahlar və 12,7 mm-lik tüfənglər, o cümlədən döyüş sursatları göndərəcək. Bu 4-cü dəstək paketinə Ukrayna Silahlı Qüvvələrinə maliyyə yardımı da daxildir”, – deyə paylaşımda bildirilir.

Onun sözlərinə görə, yardımın ümumi məbləğinə 95 milyon avrodan çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir