Cəmiyyət

Mövsümlə əlaqədar paytaxtda növbəti ağacəkmə aksiyası keçirildi – FOTO

Sharing is caring!


Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən verilən məlumata görə, mövsümlə əlaqədar icra hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə keçirilən kütləvi ağacəkmə aksiyaları çərçivəsində oktyabrın 28-də BŞİH strukturlarının əməkdaşları və RİİB könüllülərinin iştirakı ilə Qaradağ rayonu ərazisində 400 ədəd şam ağacı əkilib. Ağaclara daimi qulluq və suvarılma məsələləri həll edilib. 

Həmçinin paytaxtın “Nizami Gəncəvi” parkında Abşeron iqlimi üçün yeni olan 50 ədəd tez boy atan və gözəl çiçəkli pavlovniya bitkisi əkilib. 

Pavlovniya bitkisi və müxtəlif rəngdə çiçək açan digər kol və ağacların kütləvi əkilməsi qlobal iqlim dəyişiklikləri, su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı və yerli iqlimə uyğun bitkilərin əkilməsi işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, mövsüm ərzində paytaxt ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir