Dünya

Kolumbiyada üzərində işgəncə izləri olan cəsədlər tapıldı – FOTO

Sharing is caring!


Kolumbiyanın Santa Fe de Antiokiya turizm qəsəbəsində, çöllük ərazidə yeddi cəsəd tapılıb.

Bu barədə polis rəisi Uilyam Daniel Melo mətbuata açıqlama verib.

Hadisə yerinə gələn polislər yeddi nəfərin güllələnərək öldürüldüyünü müəyyən ediblər.

Həmçinin, cəsədlərin hamısının üzərində işgəncə izləri olub. Cəsədlər məhkəmə tibb mərkəzinə aparılıb.

Kolumbiya mətbuatında dərc olunan xəbərdə bölgədə qanundankənar qızıl ticarəti səbəbilə dəstələr arasında qarşıdurma yaşandığı və cinayətə görə Klan del Golfo şəbəkəsinin məsuliyyət daşıdığı bildirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir