Cəmiyyət

Bakıda arvadını öldürmək istəyən kişi tutuldu

Sharing is caring!


Bakıda ər arvadını öldürmək istəyib.

Xətai Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 18-də saat 14 radələrində rayon ərazisində 33 yaşlı Amilə Vəliyevanın xəsarət alması barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı 35 yaşlı Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir