Dünya

Hindistanda hərbi gəmiyə ilk dəfə qadın komandir təyin edilib

Sharing is caring!


Hindistan Hərbi Dəniz Qüvvələri ilk dəfə bir qadını gəmiyə komandir təyin edib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar ölkədə dekabrın 4-də qeyd olunan Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində keçirdiyi brifinqdə bildirib.

“Biz Hindistan hərbi gəmisinə ilk qadın komandir təyin etdik”, – deyə, Kumar bildirib.

“Bu, qərb sahilində yerləşən sürətli döyüş gəmilərimizdən biridir. İlk dəfədir ki, qadın zabit təyin edirik. Biz bütün ixtisas proseslərindən, sonra isə imtahanlardan keçməliydik. O, gəmiyə rəhbərlik etməzdən əvvəl əlavə təlim keçəcək”, – deyə o, əlavə edib.

Bildirilir ki, qadın komandir Rusiyanın Kalininqrad “Yantar” zavodunda hazırlanmış və 2013-cü ildə Hindistan Hərbi Dəniz Qüvvələrində xidmətə daxil olan “Trikand” freqatında xidmət edəcək.

Hindistan Hərbi Dəniz Qüvvələri 30 il əvvəl qadın zabitləri işə götürməyə başlayıb. Baş komandanın sözlərinə görə, hazırda Hindistan Hərbi Dəniz Qüvvələrində 1 mindən çox qadın xidmət edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir