Dünya

2023-cü ilin ən çox qazanan avtomobil yarışçısının adı AÇIQLANDI

Sharing is caring!


Niderlandlı atlet Maks Ferstappen 2023-cü ildə “Formula-1”in ən çox qazanan sürücüsü kimi tanınıb.

Bu barədə “Forbes” jurnalında məlumat verilib.

“Forbes”in məlumatına görə, “Red Bull”un pilotu bir ildə 70 milyon dollar qazanıb. Oktyabrda Ferstappen Qətər Qran Prisinin qalibi və vaxtından əvvəl dünya çempionu olub. O, bu titulu həmçinin 2021 və 2022-ci illərdə də qazanıb.

“Forbes”in reytinqində ikinci yeri “Mercedes”in adından çıxış edən Lyuis Hemilton tutub. Mövsümün sonunda britaniyalı yarışçı 55 milyon dollar qazanıb. Ən çox qazanan sürücülərin ilk beşliyində həmçinin Fernando Alonso, Serxio Peres və Çarlz Lekler yer alır.

“Formula-1” ulduzlarının real qazancı daha yüksək ola bilər, çünki reytinq tərtib edilərkən ekspertlər reklam müqavilələrini nəzərə almayıblar.

Mənbə: snob.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir